Türkiyə aviasiyası İraqda PKK-nın daha 3 üzvünü zərərsizləşdirdi

Baxış sayı:
7327

Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terror təşkilatının 3 döyüşçüsünü zərərsizləşdirib.

"Anadolu" xəbər verir ki, silahlılara zərbələr terrorçuluğa qarşı "Pəncə" əməliyyatı çərçivəsində vurulub.

Xatırladaq ki, "Pənçə-1" əməliyyatı mayın 27-də İraqın Hakurk rayonu ərazisində Türkiyənin Milli Müdafiə nazirinin rəhbərliyi ilə başlayıb.