Türkiyə Andorra ilə üz-üzə gələcək - AVRO-2020

Baxış sayı:
543

Bu gün AVRO-2020-nin seçmə mərhələsində sonuncu - X tura start veriləcək.

Apasport.az-ın məlumatına görə, A, B və H qruplarında mübarizəyə yekun vurulacaq.

Son tur bu qruplarda fərqli xarakter daşıyacaq. B qrupunda son vəsiqə sahibini tapacaqsa, H qrupunda artıq bu hüquqa yiyələnənlərdən hansının 1-ci yeri tutacağı bilinəcək. A qrupunda isə görüşlər heç bir əhəmiyyət kəsb etmir.

Öncə də məhz B qrupunda oyunlara start veriləcək. Portuqaliya səfərdə Lüksemburqun qonağı olacaq. Son Avropa çempionu və Millətlər Liqasının qalibi final mərhələsinə yüksəlmək üçün qalib gəlməlidir.

Əks-halda, onların taleyi Serbiyadakı matçdan asılı olacaq. Balkanlılar qrup qalibi olan Ukraynanı sınağa çəkəcək. Bu qiyabi dueldə sevinən tərəf AVRO-2020-yə vəsiqə qazanacaq. İkinci yeri tuta bilməyən yığma isə gələn ilin martında pley-off oynamalı olacaq.

H qrupundan final mərhələsinə yüksələn Fransa və Türkiyə yığmaları 1-ci yer üçün mübarizə aparacaq. Qonşu ölkə təmsilçisi Andorrada qalib gəlməli və Fransanın xal itkisinə ümid etməlidir. Dünya çempionları zirvəni qorumaq üçün Albaniyadan qalib dönməlidir. İslandiya ilə Moldova arasında matç isə əhəmiyyət daşımır.

A qrupunun qalibi İngiltərə və ikincisi Çexiya formal xarakterli son turu səfərdə keçirəcəklər. Britaniyalılar Kosovonun, çexiyalılar Bolqarıstanın qonağı olacaq.

Qeyd edək ki, artıq final mərhələsinə 12 komanda - Belçika, Polşa, Ukrayna, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Fransa, İngiltərə, Çexiya, İsveç və Finlandiya vəsiqə qazanıb.

AVRO-2020-nin seçmə mərhələsi
X tur
17 noyabr

A qrupu
21:00. Kosovo – İngiltərə
21:00. Bolqarıstan – Çexiya

1

İngiltərə

7

6

0

1

33-6

18

2

Çexiya

7

5

0

2

13-10

15

3

Kosovo

7

3

2

2

13-12

11

4

Monteneqro

8

0

3

5

3-22

3

5

Bolqarıstan

7

0

3

4

5-17

3

B qrupu
18:00. Serbiya – Ukrayna
18:00. Lüksemburq – Portuqaliya

1

Ukrayna

7

6

1

0

15-2

19

2

Portuqaliya

7

4

2

1

20-6

14

3

Serbiya

7

4

1

2

15-15

13

4

Lüksemburq

7

1

1

5

7-14

4

5

Litva

8

0

1

7

5-25

1

H qrupu
23:45. Moldova – İslandiya
23:45. Andorra – Türkiyə
23:45. Albaniya – Fransa

1

Fransa

9

7

1

1

23-6

22

2

Türkiyə

9

6

2

1

16-3

20

3

İslandiya

9

5

1

3

12-10

16

4

Albaniya

9

4

1

4

16-12

13

5

Andorra

9

1

1

7

3-18

4

6

Moldova

9

1

0

8

3-24

3