​Türkiyə Almaniyadan yardım istədi

Baxış sayı:
880

Türkiyə dəmiryollarını Almaniyanin maddi və texnoloji dəstəyi ilə modernləşdirmək istəyir.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı “Der Şpigel” yayıb.
Məlumata görə, Türkiyə bu layihəni “Simens” şirkətinin tabeliyindəki konsoriuma verəcək. Layihəyə əsasən? yüksək sürətli qatar şəbəkəsinin qurulması, dəmiryollarına müasir siqnal texnologiyalarının quraşdırılması və köhnə dəmiryolu şəbəkəsinin modernləşdirilməsi nəzərdə tutulur. Bu layihənin 35 milyard avroya başa gələcəyi bildirilir.
Məsələ ilə bağlı Almaniya hökuməti və “Siemens” hələlik heç bir açıqlama verməyib.