​Türkiyə Almaniyadan maliyyə yardımı istəyəcək?

Baxış sayı:
409

Türkiyənin hökumət rəsmiləri Almaniyadan maliyyə yardımı deyil, investisiyaların artırılmasını istəyəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə Almaniyanın DPA nəşrinə açıqlama verən türkiyəli rəsmilər iqtisadi böhranın qarşısını almaq üçün investisiyaların artırılmasına ehtiyac olduğunu söyləyiblər.
"Almaniyada müzakirə edildiyi kimi, Türkiyənin böhrandan çıxması üçün cibinə pul qoymaq lazım deyil. Gərgin bazarlara sakitləşdirici bir siqnal verilməsi önəmlidir", - türkiyəli rəsmilər söyləyib.