Türkiyə alman deputatlara icazə verdi – QƏFİL QƏRAR

Türkiyə alman deputatların ölkəyə girişinə icazə verib.
 
Alman deputatlar sentyabrın 8-də NATO-nun Konyadakı bazasına baş çəkəcək.
Səfər iyulun 17-nə planlaşdırılsa da, Türkiyənin xahişi ilə sentyabrın 8-nə keçirilib.
Qeyd edək ki, Türkiyədə keçirilən referendum çərçivəsində Almaniya türk deputatları ölkəyə buraxmamışdı. Buna cavab olaraq Ankara Berlindən İncirlik hərbi bazasındakı hərbçilərini çıxarmağı tələb etmişdi.