“Türkiyə Afrini vurarsa, biz də PYD-ni qoruyarıq” - AMERİKALI KOMANDİR

PKK-nı dəstəklədiklərini açıq şəkildə etiraf etmiş oldu

Hurriyyet.org xəbər verir ki, Pentaqonda keçirilən brifinqdə Bağdaddan videokörpü vasitəsilə iştirak edən, ABŞ-ın lideri olduğu İŞİD-ə qarşı beynəlxalq koalisiya qüvvələrinin mətbuat katibi olan polkovnik Rayan Dillon bu bəyanatı ilə açıq-aşkar şəkildə, PKK-nı dəstələdiklərini və Türkiyəyə qarşı olduqlarını etiraf eləmiş olub. O deyib: “PKK-nı İŞİD-dən başqa qüvvələrin də hücumlarından qoruyarıq”.
Konfrans zamanı mətbuat nümayəndələri polkovnik Dillona Türkiyə təhlükəsizlik qüvvələrinin Afrindəki PKK/YPG qüvvələrini vurmaları iddiaları ilə bağlı sual veriblər. Dillon, bu iddiaları təsdiq edən informasiyaya malik olmadığını deyib. Lakin dərhal əlavə edib ki, nəzəri cəhətdən koalisiyanın müttəfiqləri olan təşkilatı İŞİD-dən başqa qüvvələrin də hücumlarından qorumağa məsuldurlar.
 
“Müttəfiqlərimizi qorumaq cavabdehliyimiz var”

“Koalisiyanın məsələn, kürdlər kimi İŞİD-ə qarşı əməliyyatlarda iştirak edən yerli qüvvələri qorumaq kimi bir məsuliyyəti varmı” sualına cavab verən Dillon deyib: “Bəli. Biz bunu əvvəllər də müxtəlif şəkildə göstərdik və isbat elədik. Lazım gələrsə, SDQ-nin (PKK/PYD) damı aldındakı hər kəsi: ərəbləri, kürdləri, yezidiləri və xristianları dəstəkləyər və qoruyarıq”.
 
Türkiyəni vurmaqla təhdid edib

Jurnalistlərin israrla Türkiyəni nəzərdə tutaraq “İŞİD-dən başqa mərkəzlərdən gələcək hücumlardan da müdafiə edərdinizmi” suallarına yenə də israrla PKK müdafiəçisi qismində cavab verən Dillon deyib: “Hər kim olursa-olsun, İŞİD ilə mübarizə aparan bütün ortaqlarımızı qoruyacayıq”.
 
Avtobus qalmaqalına komik açıqlama

PKK terrorçularının İŞİD terrorçularını ABŞ-ın himayəsi ilə Rakkadan qaçırmaları ilə bağlı da danışan Dillon deyib: “Biz Rakka bölgəsindən çıxan avtobusları təqib elədik. Əgər İŞİD döyüşçülərinin qaçması ilə qarşılaşsaydıq, havadan müdaxilə edəcəkdik. Lakin belə bir halla qarşılaşmadıq”.
Dillon bu sözləri ilə, ABŞ-ın həm İŞİD, həm də PKK terrorçularını qoruduğunu və bu iki terror təşkilatını NATo üzvü və strateji müttəfiqi olan Türkiyədən üstün tutduğunu elan eləmiş olub.