​Türkiyə aeroportunda azərbaycanlı saxlanıldı – 1 MİLYONLUQ DAŞ-QAŞLA

İstanbulda ölkəyə qanunsuz yolla külli miqdarda qiymətli daşlar keçirməyə çalışan Azərbaycan vətəndaşı saxlanılıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, qaçaqmalçılığa qarşı mübarizə şöbəsi İstanbulun Sabiha Gökçen hava limanında çay paketlərində 5,5 kq zümrüdü Türkiyə ərazisinə keçirməyə çalışan şəxsi saxlayıb. Azərbaycan vətəndaşı olan həmin şəxsin keçirmək istədiyi qiymətli daşların ümumi dəyəri isə təqribən 1 milyon dollar məbləğində olub.
Saxlanılan şəxsin qiymətli daşları qaçaqmalçılıq yolu ilə BƏƏ-dən gətirən mütəşəkkil cinayətkar qrupun üzvü olduğu ehtimal olunur.
Faktla bağlı istintaq başlanılıb.