Türkiyə açıqladı: Sürətlə araşdırılmalıdır
9-04-2018 23:24
Baxış sayı:
3025
Dumada baş verən kimyəvi hücum olayı tədqiqatçılar tərəfindən sürətlə araşdırılmalıdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyən hökumətinin sözçüsü Bəkir Bozdağ deyib.
“Suriyada baş verənlər hər kəsi dərindən kədərləndirir. Kimyəvi silahlardan ölənlər kimi, digər silahlardan da ölənlər də insanlardır. Digər silahlarla öldürən insanlarla bağlı də eyni reaksiya verilməlidir. Suriyada ölən minlərlə insanın məsuliyyətini təbii ki, Suriya rejimi daşıyır. Eyni zamanda bu faciəvi olayların qarşısını almağı bacaran, lakin bunu etməyənlər də eyni məsuliyyəti daşıyır”, - deyə Bozdağ bildirib.