Türkiyə ABŞ-ın YALANINI İFŞA ETDİ

Baxış sayı:
4513

“Zeytun Budağı” Hərəkatından sonra 140 min Afrinlinin geri qayıtmadığını iddia edən ABŞ-a bu yalanına görə, Türkiyədən çox sərt reaksiya verilmişdi. ABŞ-ın Türkiyəyə atmağa çalışdığı iftira ortaya çıxıb. Terrorçulardan təmizlənən şəhərə girişi terror təşkilatı YPG-nin mane olduğu məlum olub.
 
ABŞ rəhbərliyinin Afrinlə bağlı açıqladığı qalmaqal bəyanata reaksiyalar hələ də davam edir. Türk Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) tərəfindən həyata keçirilən “Zeytun Budağı” Hərəkatından sonra "140 min Afrinlinin geri qayıtmadığı və vəziyyətin qayğı verici olduğunu" bəyan edən ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hazər Nayertin açıqlamaları təsdiqini tapmadığı üçün təpkilərlə üzləşir.
 
AFRİN NORMALLAŞIR
 
Ötən gün “Yeni Şəfəq”ə açıqlama verən Afrin Qurtuluş Şurasının üzvü Əyyub Əhməd, ABŞ-ın açıqlamalarının həqiqəti əks etdirmədiyini qeyd edib, "Afrində normallaşma prosesi davam edir. Terrorçu təşkilatla əlaqəsi olmayan və hər hansı bir cinayətə qarışmamış hər bir Afrinli evinə qayıda bilər. TSQ və ASO lazım olan köməyi göstərir" deyib. PKK-nın Afrindən zorla çıxardığı əhalinin kimsənin vecinə olmadığını bildirən səlahiyyətli "Onlar öz siyasi mənfəətləri və dəstəklədikləri terror ünsürləri ucbatından bu vəziyyətdədirlər" - deyə, söyləyib.
 
YOLLARI KƏSƏN PKK-dır
 
Bütün bu baş verən proseslərdən sonra regiondan ABŞ-ın yalanlarını təkzib edən fotoşəkillər gəlməyə başlayıb. “Zeytun Budağı” əməliyyatı ilə terrorçulardan təmizlənən Afrinə geri qayıtmaq istəyən dinc xalqın YPG tərəfindən əngəlləndiyi ortaya çıxıb. Suriyada Afrinə gedən yollar üzərində qurulu terror təşkilatı YPG-yə aid nəzarət məntəqələrində əhalinin qayıdışına icazə verilmədiyi qeyd olunub.
Qeyd edək ki, ABŞ-ın Türkiyəyə atmağa çalışdığı çirkin böhtana Türkiyədən çox sərt reaksiya gəlmişdi. Xarici işlər Nazirliyi, Afrin üçün hər bir addımın atıldığını və xalqın Afrinə qayıdışının PKK/PYD tərəfindən qarşısının alındığını açıqlamışdı.
Müxalifət.az