Türkiyə ABŞ-ın təzyiqlərinə boyun əymədi

Baxış sayı:
11635

Türkiyənin Müdafiə Sənayesindəki mənbələrə görə, Ankara ABŞ-dan “Patriot” raket sistemi satın almaq məsələsində S-400-lərdən imtina etməyi düşünmür. Ankara Vaşinqtonun təzyiqlərinə baxmayaraq mövqeyini qoruyur, ABŞ-ın "S-400-dən əl çəkin, Patriot-ları verək" təklifinə, "Patriot-u da alırıq, amma S-400-dən də imtina etmirik" cavabını verib.
Bu arada Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu S-400 məsələsini sabah ABŞ-lı həmkarı Mayk Pompeo ilə müzakirə edəcəyini açıqlayıb.
Müxalifət.az