Türkiyə ABŞ-ın Suriyadakı dayağını vurdu

Türkiyə Silahlı Qüvvələri YPG-nin Azez vilayətinin qərbində yerləşən Maarin kəndinə hücumunun qarşısını alıb. 
“Anadolu” agentliyi Azad Suriya Ordusunun nəzarətində olan bölgəyə hücumdan sonra YPG-nin mövqelərinin türk ordusu tərəfindən top atəşinə tutulduğunu qeyd edib. 
Qeyd edək ki, YPG PKK-nın Suriya qanadı hesab edilir. Bu terror təşkilatı ABŞ-ın Suriyadakı əsas müttəfiqi və “quru qoşunu” sayılır.