​"Türkiyə ABŞ-la müqavilədən çıxsa, fəlakətli nəticələr olacaq"

ABŞ və Türkiyə arasındakı problemlər iki ölkə arasındakı müqavilələrə xitam verilməsinə səbəb olmayacaq.
 
Muxalifet.az xəbər verir ki, bunu şərqşünas Sergey Demidenko Ankara-Vaşinqton arasındakı ixtilaflardan danışarkən deyib.
Demidenko söyləyib ki, Türkiyə ABŞ-la müqavilələrdən çıxsa, bu ölkənin iqtisadiyyatı və müdafiə qabiliyyəti üçün fəlakətli nəticələrə yol açacaq.
"Daha çox millətçiliyə əsaslanan bir səbəb var. Türkiyə mövcud şəraitdə tamamilə müstəqil siyasət aparmağa çalışaraq özünü, hərəkətlərini Vaşinqton və Brüsselə uuyğun olmayan bir şəkildə super güc olaraq göstərir", - Demidenko vurğulayıb