Türkiyə ABŞ-ı əndişələndirən Ovaköy-Bağdad xətti ilə bağlı düyməyə basdı

Baxış sayı:
3073

Türkiyə ilə İraq arasında birbaşa ticarəti təmin edəcək Ovaköy-Bağdad xətti üçün düyməyə basılıb. Ankaranın müəyyən edəcəyi nümayəndə heyəti gələn həftə İraq tərəfi ilə görüşəcək. Marşrutun detalları sentyabr ayı içərisində aydınlaşacaq. Türkiyə, infrastruktur zəmanəti verdiyi strateji yolun təhlükəsizliyini təmin etməkdə də qərarlıdır. Məntəqə kompleksi üçün əvvəlcə fizika şərtlər müəyyən ediləcək. Bu istiqamətdə Ankara və Bağdad yanında nümayəndə heyətləri yaradılacaq. Avtomobil yolları, quruculuq və təhlükəsizlik qurumlarından rəsmilərin olacağı Türk nümayəndə heyəti yaxın günlərdə aydınlaşmadan sonra İraq tərəfi ilə sıx təmaslara keçəcək. İki ölkə nümayəndə heyətləri yeni ticarət məntəqəsinin texniki detallarını müzakirə etdikdən sonra meydançada işləri başlayacaq. Ovaköy-Telafer-Mosul-Bağdad yolunda marşrutun sentyabr ayı içərisində tamamilə aydınlaşması gözlənilir. İNVESTİSİYA TÜRKİYƏDƏN Bağdad hökuməti ilə Ovaköy məntəqəsi və ticarət yolunun çəkilməsi məsələsində lazım olan infrastruktur və digər ehtiyaclarını Türkiyə ödəyəcək. Ovaköy məntəqəsi layihəsi üçün həlledici məsələ əlbəttə ki, təhlükəsizlikdir. Suriya-İraq sərhədindəki bölgədə yaşayan tayfalarla müzakirədə Ovaköyün gətirəcəyi sərvətlərin anladılması planlaşdırılır. Sərhəd xaricini iqtisadi baxımdan canlandıracaq prosesə bölgə xalqı da isti baxır. Xalqın məlumatlandırılmasından sonra Ovaköy marşrutu ilə bağlı lazımi hər cür təhlükəsizlik tədbirlərialınacaq. FÜRSƏTLƏR QAPISI Ovaköy sayəsində İraqla ticarət, regionda yalnız bir amilin inhisarından çıxarılmış olacaq. Sərhəd xətti boyunca İraq Şimal Regional Rəhbərliyi (IKBY) ilə qonşu olan Türkiyə üçün, Bağdada birbaşa ticarəti təmin edəcək yeganə imkan olaraq Türkiy-İraq-Suriya sərhədlərinin birləşdiyi Fişhabur bölgəsi görünür. Yeni ticarət yolu, Fişhaburdan Suriya sərhədi boyunca irəliləyərək Telafərə çatacaq. IKBY nəzarətindəki Habur Sərhəd Məntəqəsinə alternativ olaraq Ovaköyün dövrəyə girməsiylə Habur, IKBY üçün strateji əhəmiyyətini itirəcək. Ovaköy Məntəqəsi, İraqla ticarətdə daha əhəmiyyətli vəziyyətə gələcək. Bu qapı, Türkiyənin İraqdakı soydaşlarına da tezliklə çatmasını təmin edəcək. Müxalifət.az