​Türkiyə ABŞ-ı iflic etdi: ”Hörmətsizliyə bu cavab dərs olsun...”

Baxış sayı:
8845

Türkiyə hökuməti ABŞ-ın ədliyyə naziri Ceff Seşns və daxili işlər naziri Rayan Zinkenin hesablarını dondurmaq niyyətindədir.
Muxalifet.az xəbər verir ki, bu, Vaşinqtonun Türkiyənin analoji nazirliklərinə başçılıq edən şəxslərə qarşı sanksiya tətbiq etməsinə cavab addımıdır. 
Bəyanatı Türkiyə prezienti Rəcəb Tayyib Ərdoğan Ankaradakı çıxışı zamanı səsləndirib. 
“Bu gün dostlarıma göstəriş verirəm. Əgər Amerikanın ədliyyə və daxili işlər nazirlərinin Türkiyədə hesabları varsa, onları dondurun”, - dövlət başçısı deyib.
Türkiyə prezidenti həmçinin qeyd edib ki, “amerikalı rahib Endryu Bransonun işinə dair ABŞ-ın hərəkətləri strateji tərəfdaşlıq şərtlərinə cavab vermir”.
“Bu, Türkiyəyə qarşı son dərəcə hörmətsizliyin təzahürüdür. Bu da dərs olsun”, - Erdoğan bildirib.