Türkiyə 5-ci nəsil təyyarə ala bilər - ƏNGƏL ORTADAN QALXDI

Baxış sayı:
33760

Rusiyanın prestiji halına gələn və yeni 5-ci nəsil istehsallarından biri olan Su-57 döyüş təyyarələrinin başqa ölkələrə satılması ilə bağlı bütün qanuni tədbirlər yekunlaşıb. Rus mətbuatında yer alan xəbərlərdə, təyyarənin bütün sənədlərinin tamamlandığı, ölkə xaricinə satışı və satılan ölkələrə lisenziyaları ilə birlikdə təhvilini nəzərdə tutan bütün qanuni aktların yekunlaşdığı bildirilib.
 
Ötən noyabr ayında Dubaydakı hava müdafiə sənayesi sərgisində xarici bazara təqdim olunan 5-ci nəsil Su-57 döyüş təyyarələri ABŞ-ın F-35 tipli döyüş təyyarələrinə rəqib olaraq göstərilərkən, maya dəyərinin F-35-dən daha az olması səbəbindən bir çox ölkənin yaxından izlədiyi təyyarələr arasında yer alır.
 
TÜRKİYƏ VƏ MİSİR TƏYYARƏLƏRİ ALA BİLƏR
 
Rusiya Su-57 qırıcısının lisenziya və başqa ölkələrə satışı ilə bağlı bütün işlərin tamamlandığını xatırladan Rus mətbuatı, təyyarələrin yaxın zamanda Misir və Türkiyə kimi ölkələr tərəfindən satın alına, bu istiqamətdə Rusiya tərəfinin Su-57 təyyarələri üçün bütün hazırlıqlarını tamamladığını və satış ilə bağlı gözləməyə keçdiklərini yazıb.
Rusiyanın ən önəmli layihələrindən biri olan və bütün dünyanın yaxından təqib etdiyi Su-57 tipli döyüş təyyarəsinin ilk uçuşu 2010-ci ildə Rusiyanın Amur regionunda uğurla baş tutub. Yenə son günlər Rusiya və Türkiyənin Su-57 tipli döyüş təyyarəsini birlikdə istehsal edəcəyi məsələsində həm Rusiya, həm də Türkiyə tərəfindən açıqlamalar verilmişdi. Kremlin sözçüsü Dmitri Peskov isə Su-57-nin bəzi hissələrinin Türkiyədə istehsal edilə biləcəyini söyləmişdi.

Müxalifət.az