Türkiyə 200 ildir ki, Krımı... - Rus ekspert

Ərdoğanın Ukraynada Krımla bağlı açıqlaması Türkiyənin bu yarımadaya olan iddiasından irəli gəlir.
 
Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Oleq Bonderenko deyib.
O bildirib ki, Krım problemi Rus-türk savaşlarından bəri Türkiyə üçün olduqca böyük önəm kəsb edir:
“Ərdoğanın Krımla bağlı sözlərinə Türkiyənin bu yarımadaya olan iddiası çərçivəsində yanaşmaq lazımdır. O, yeni bir şey söyləmədi. Türkiyə 200 ildir ki, bu siyasəti yürüdür və heç bir dəyişiklik edilməyib”.
Qeyd edək ki, Türkiyə Prezidenti Ukraynaya rəsmi səfəri zamanı Krımın qeyri-qanuni ilhaqını tanımadıqlarını bildirmişdi.