​Türkiyə 12 məntəqədən ibarət "Güvənli bölgə" yaradır – Ərdoğan: “Suriya hökuməti yanlış addım atarsa..."

Baxış sayı:
466

Muxalifet.az “Reuters”-ə istinadən xəbər verir ki, Türkiyə Suriyanın şimalında planlaşdırılan "təhlükəsiz zona"da 12 müşahidə məntəqəsi yaratmaq niyyətindədir.
 
Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə qaçqınları YPG-nin azad etdiyi rayonda məskunlaşdırmaq istəyir.
 
Xarici mətbuat qarşısında çıxış edən R.T.Ərdoğan deyib ki, 2 milyon qaçqın Deyr-əz-Zor və Rakka şəhərlərindəki "təhlükəsiz zona”ya yerləşdirilə bilər.
 
Xatırladaq ki, Türkiyə Suriyadakı səkkiz illik müharibədən qaçan 3,6 milyon qaçqını qəbul edib.
 
Ərdoğan YPG-nin artıq tərk etdiyi bölgələri nəzarətə almış Suriya hökuməti "yanlış addım atıb, səhv  edəcəyi" təqdirdə, buna görə Türkiyəyə cavab verəcəyini də əlavə edib.
 
Muxalifet.az