"Turkish Airlines"in təyyarəsi Venada məcburu eniş etdi - SƏBƏB?

Türkiyənin "Turkish Airlines" aviaşirkətinə məxsus İstanbul-Brüssül reysi üzrə hərəkət edən təyyarə Venada məcburu eniş edib. Muxalifət.az Trend.az-a istinadən xəbər verir ki, buna səbəb təyyarədə qeydə alınan tüstülənmə olub. 
Məlumata görə, hadisə səhər saat 11:00-da qeydə alınıb. Təyyarə ekipajı dərhal təyyarənin endirilməsi barədə qərar qəbul edib. 
Təyyarə Venada məcburi eniş etdikdən sonra yanğınsındürmə briqadası eniş zolağına yaxınlaşıb. 
Tüstülənmənin hansı səbəbdən baş verməsi hələ naməlum olaraq qalır. Təyyarədə araşdırma davam edir.
Hazırda təyyaə hələ də Vena hava limanında qalmaqdadır.