Türk zabit NATO-dan aldığı MEDALI GERİ QAYTARDI - ETİRAZ

İzmirdə yaşayan, hazırda təqaüddə olan minbaşı Zəfər Oğuz, Əfqanıstanda xidmət etdiyi vaxt dövrün NATO baş katibi Anders Foq Rasmussenin imzası ilə təltif olunduğu təqdir sənədi və medalı geri qaytarıb.
 
 Oğuz, 2010-cu ildə TSK tərəfindən NATO çətiri altında Əfqanıstana xidməti vəzifəyə göndərilib.
Burada vəzifəyə başladıqdan 3 ay sonra dövrün NATO baş katibi Rasmussenin imzası ilə Oğuz təqdir sənədi və medalla təltif edilib.
Daha sonra Türkiyəyə gələn Oğuz 2011-ci ildə Türk Silahlı Qüvvələrindən minbaşı rütbəsi ilə təqaüdə çıxıb.
Oğuz, Norveçdə keçirilən NATO təlimi zamanı bəzi əsgərlərin düşmən hədəfi seçərkən Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürk ilə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəkilinin hədəfə qoyulmasından sonra çox narahat olduğunu deyib.

Türkiyənin müttəfiqi kimi tanınan dövlətlərin belə bir şey etməsinə anlam verə bilməyən Oğuz "Son hadisə olana qədər bu medalı evimin baş küncündə çərçivənin içərisində saxlayırdım. Daha sonra bu medal və sənədin yerinin mənim evim deyil, NATO olduğuna qərar verdim. Sonra medal və sənədi NATO-ya təhvil verilmək üçün Türk Quru Qüvvələri Komandanlığına göndərdim" deyə, bildirib.
Türk millətinin hər şeyi çox yaxşı müşahidə etdiyinə diqqəti çəkən Oğuz, özünün hərəkətindən sonra bu medala sahib digər yoldaşlarından bəzilərinin də medalı qaytarmaq üçün təşəbbüs göstərdiklərini qeyd edib.
Müxalifət.az