Türk xalqı seçkidən yoruldu - Rus mediasından inanılmaz

Baxış sayı:
5665

Türkiyənin Ali Seçki Qurumunun (ASQ) dünən İstanbul Böyükşəhər Bələdiyyə seçkilərinin nəticələrinin ləğvi ilə bağlı qərarı bir çox dünya KİV-nin diqqət mərkəzində olub.
Muxalifet.az xəbər verir ki, Amerika mediasının nəhəngləri sayılan “Nyu York Tayms” və “Vol Strit” bu qərardan sonra Türkiyə iqtisadiyyatını hədəf alan məqalələr dərc edərkən, “Vaşinqton Post” isə Türkiyə hakimiyyətinə qarşı məlumatlar yaymaqla yadda qaldı.
İngiltərə mətbuatı da öz növbəsində bu qərarın əsasən ölkədə mövcud ictimai-siyasi durumu kəskinləşdirəcəyini və türk lirəsini dəyərdən salacağını bildirib.
Rusiyanın “Komsomolskaya Pravda” qəzeti “Necə yəni, belə bir şey mümkündürmü?” başlıqlı yazısı ilə ASQ-nin qərarını şərh edib.
RBK isə türk xalqının seçkiyə getməkdən yorulduğunu bəyan etdi.
İsrail mediası da öz növbəsində bu qərara daha ilginc yanaşma tərzi nümayiş etdirib. “Haartez” qəzeti “Türk müxalifləri ASQ-nin qərarını çevriliş cəhdi kimi qiymətləndirdi” başlıqlı yazı ilə çıxış edib.