​“Türk vətəndaşı hər hansı bir erməni vətəndaşı ilə görüşüb, hər hansı bir məsələni müzakirə edə bilər... ”

Bu, Azərbaycanın daxili hüquq qanunları ilə birbaşa əlaqəli olan bir nüansdır. Mən Azərbaycanın daxili qanunlarına bələd deyiləm.
Bu sözləri  Azərbaycanın erməni işğalı altında olan Xankəndi bölgəsinə Azərbaycan tərəfindən izin almadan gedən türk vətəndaşları haqda danışarkən Türkiyənin keçmiş Gömrük və Ticarət naziri, hazırda Ədalət və İnkişaf Partiyasının rəhbərinin yardımçısı Hayati Yazıcı deyib.
“Əgər belə bir cinayət işi açılıbsa, deməli, bu, Azərbaycan qanunvericiliyi ilə tənzimlənir.Yox əgər belə bir qanun yoxdursa, onda bu olduqca ciddi bir vəziyyətdir. Çünki müstəqillik əsas şərtdir, müstəqilliyi çərçivəyə salan hallar isə istisnadır. Müstəqilliyə qoyulan bütün qadağalarda müəyyən bir qanuni normanın olması labüddür. Lakin sözügedən məsələ haqda məlumatım yoxdur. Türklərin atdığı addım çox problemli bir hərəkətdir. Türk vətəndaşı hər hansı bir erməni vətəndaşı ilə görüşüb, hər hansı bir məsələni müzakirə edə bilər. Ona görə ki, problemlərin aradan qaldırılması üçün ən yaxşı metod dialoq qurmaqdır. Dünyada görüşüb ünsiyyət qurmaq, hər hansı bir mövzunu müzakirə etmək üçün yer çoxdur. Məhz işğal olunmuş Azərbaycan torpağında görüşmələri olduqca problemli bir məsələdir” – deyə o bildirib.