Türk təyyarələri Əsəd hərbi konvoyunun keçdiyi BÖLGƏNİ BOMBALAYIR

Baxış sayı:
3724

Əsəd tərəfdarı güclərin Afrinə daxil olması ilə paralal olaraq, Türk reaktivlərinin konvoyun keçdiyi ərazini bombaladığı bildirilir.
Suriya dövlət televiziyası da TSQ-nin Afrinə girən rejim tərəfdarı qrupları bombaladığını bildirib.
Qeyd edək ki, az öncə Hələbdən yola çıxan Suriya hökumətinə bağlı qüvvələrin Afrinə girməyə başladığı haqda informasiya yayılmışdı.
Bu haqda “Röyters” agentliyi Livanın “Hizbullah” təşkilatına yaxın media orqanlarına istinadən məlumat yaydığı bildirilir.
Müxalifət.az