Türk torpaqlarında NAMƏLUM PARTLAYIŞ: Rusiya və Amerikanın raketləri...

Baxış sayı:
9418

Şimali Kipr Türk Respublikasında (ŞKTR) güclü partlayış baş verib.
Publika.az xəbər verir ki, paytaxt Lefkoşa və Qirne arasında yerləşən Daşkənd bölgəsində səbəbi məlum olmayan partlayış meydana gəlib.
Partlayış göydən naməlum cismin düşməsindən sonra olub. Daha sonra yanğın başlayıb.
Təhlükəsizlik qüvvələri əraziyə kimsənin yaxınlaşmasına icazı vermir.
ŞKTR-nin Xarici işlər naziri və Baş nazirin köməkçisi Kudret Özersay tvitterdən verdiyi açıqlamada bildirib ki, partlayışın səbəbi hərbi sursat, helikopter və ya bənzər uçuş aparatı deyil. Hadisə yerində polis və fövqəladə hallar briqadası analiz aparır.
İddia olunur ki, partlayış pilotsuz uçuş aparatının qəzaya uğraması nəticəsində meydana gəlib. Lakin rəsmi mənbələr bu bilgini təsdiqləmir.

Ölkə prezidenti Mustafa Akıncı hadisə yerinə baş çəkib. Səlahiyyətli şəxslərdən bilgi aldığını deyən prezident bildirib ki, böyük bir parça üzərində aparılan analizlər naməlum cismin raket ola biləcəyinə işarə verir: “Hadisə şahidləri partlayışın havada baş verdiyini deyir. Komandirlərlə danışdıq. Ölkə xaricindən bir cismin daxil olduğunu deyiblər. Hava açılanda daha yaxşı anlayacağıq”.
Jurnalistlərdən biri “tapılan cismin üzərində rus dilində yazılar olduğu deyilir” sualına Akıncı belə cavab verib: “Elə yazılar olduğu deyilir. Bölgədə hər növ silah var. Rusiyanın da, Amerikanın da. Əgər bir raketdirsə, rus raketlərindən ola bilər. Lakin bu, dəqiq deyil”.