Türk taksiçi İsveçdə qəhrəman oldu: Baş nazir olmasını istəyirlər

Baxış sayı:
12394

Ölkənin ən böyük qəzeti “Dagens Nyheter” Türk taksi sürücüsü ilə bağlı oxucularına manşetdən ilginc bir xəbər verib. Qəzet baş verən hadisə ilə bağlı Türk taksiçini qəhrəman elan edib. Türk taksiçi sosial mediada da qəhrəmana çevrilib.
 
Yaşanan hadisənin qəhrəmanı olan Ömər Təməl hadisədə sadəcə Türklərin xeyirxah bir millət olduğunu göstərmək istədiyini bildirib: "Bizim millətimiz üçün bu cür yaxşılıqlar normal haldır. İsveçdə isə bu cür hal normal deyil, heyrət içində qəbul edilir".
Olayın İsveç mediasında əks-səda tapmasına təəccübləndiyini dilə gətirən Təməl, yaşadığı hadisə haqqında bunları söyləyib:
“Cümə axşamı səhər saat 06.00-da Christer Östlund adlı İsveçli müştərini hava limanına aparmaq üçün aldım. Hava limanına yaxınlaşanda müştəri vahiməyə düşdü, pul kisəsini və bank kartlarını evdə unutduğunu söylədi. İki günlüyünə xarici səfəri varmış. Taksi pulunu sonra ödəyə biləcəyini dedim və getdiyi ölkədə xərcləməsi üçün bank kartımı təklif etdim. Təklifim qarşısında donub qaldı. İnanmadı. Həqiqətən ilk dəfə taksiyə minən birinə güvənərək kartını və şifrəsini verə bilərsənmi, deyə soruşdu. Çaşqınlıq içində təkrar-təkrar soruşdu".
 
Heç kimsə belə bir şey etməz
 
 İki gün sonra yenidən hava limanına gedərək İsveçli müştərini qarşıladığını deyən Təməl, “Qayıdışında onu hava limanından almağım üçün zəng etdi. Hava limanında qarşılayanda “Heç kim belə bir şey etməz. Xüsusilə də İsveçli heç vaxt bunu etməz. Sən necə belə bir şey etdin, deyə təkrar təkrar suallar verdi. Biz Türklərin mədəniyyətində var, biz kömək etməyi sevirik. Bizim üçün bu hadisələr normaldır, cavabını verdim" deyə bildirib.
 
30 min kron (18 min 800 TL) pul təklif edib
 
 İsveçlinin "bu yaxşılıq qarşısında ona 30 min kron (18 min 800 TL) pul təklif etdiyini bildirən Təməl, “Səfər zamanı 4 min 500 kron (2 min 816 TL) pul xərclədi. Pulumu qaytardıqdan sonra yaxşılığın əvəzi olaraq 30 min kron da pul təklif etdi. Qəbul etmədim. Həyat yoldaşı da yanında idi, çox təəccübləndilər" deyib.
 
Dünyanı Ömər kimilər xilas edəcək
 
 Bir bankın direktoru olan Christer Östlund isə “Almaniya və Fransaya iki günlük işgüzar səfərimi Ömər xilas etdi. Hələ də dünyada belə insanlar varmış. Dünyanı Ömər kimilər xilas edəcək" deyə söyləyib.
Hadisənin bəyan edilməsindən sonra sosial mediada Ömər Təməlin böyük təqdir aldığını deyən Östlund, "Bütün şərhlər müsbətdir. Ömər qəhrəman elan edildi. Baş nazir kimi görmək istəyənlər də var" deyə bildirib.

Müxalifət.az