Türk sözləri yad sayılır – Millət vəkili

İslam İslam İnqilabından təxminən 40 il keçməsinə baxmayaraq, hələ də 10 milyonlarla Azərbaycan türkü ana dilində təhsil almaq hüququndan məhrumdur.
 
 Artıq sosial tələbatı nəzərə alaraq bir çox millət vəkili də ölkədə türk dilinin rəsmi tədrisi ilə bağlı tələb irəli sürür.
Kult.az xəbər verir ki, bu sözləri Ərdəbilin millət vəkili Məhəmməd Feyzi parlamentdə ölkə Prezidenti Həsən Ruhaniyə xitabən çıxışında deyib.
“Konstitusiyanın 113-cü maddəsinə əsasən, prezident konstitusiyanı qorumalı və onu icra etməlidir. Bu gün yerli dillərə diqqət olunmur. Bu o həddə çatıb ki, artıq bizim övladlarımız üçün türk sözləri yad sayılır. Hesab edirəm ki, Təhsil, həmçinin İslami İrşad və Mədəniyyət Nazirliyi bu məsələyə xüsusi diqqət yetirməlidir. Türk dili bütün məktəb və universitetlərdə tədris olunmalıdır”, - millət vəkili qeyd edib.
Qeyd edək ki, türk dili Təbriz Universiteti istisna olmaqla İranda heç bir təhsil ocağında tədris olunmur. Təbriz Universitetində isə azərbaycanlıların uzun illər mübarizəsindən sonra artıq iki ildir ki, buna nail olunub.