​Türk əsgərlərini şəhid edən terrorçular ələ keçirildi

Baxış sayı:
2488

Türkiyənin Suriya ərazisində həyata keçirdiyi “Zeytun budağı” antiterror əməliyyatında 2 əsgəri qətlə yetirən terrorçular ələ keçirilib.
Muxalifet.az xəbər verir ki, Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində ələ keçirilən 9 terrorçu Hatay şəhərinə gətirilib. İstintaqa təhvil verilən şəxslərin YPG/PKK terrorçu qruplaşmasına məxsus olduğu bildirilir.