Türk əsgərlərini görüncə"bayraqlarını” ENDİRDİLƏR

Baxış sayı:
4321

Türkiyənin sərhəd təhlükəsizliyini təmin etmək və sərhəd xəttini terror təşkilatlarından təmizləmək məqsədilə mümkün əməliyyatın danışıldığı bu günlərdə, Afrin bölgəsində terror təşkilatı PKK-nın Suriya qolu YPG-nin təşkilatı simvolu olan bayraqlarını endirdikləri müşahidə edilib.
 
Anadolu Agentliyinin məlumatına görə, sərhədin qarşı tərəfində terror təşkilatı YPG nümayəndələrinin yerləşdiyi mövqelərdə əvvəlcədən görülən təşkilatın bayraqlarının Afrinə ehtimal olunan hərəkat öncəsi yerində olmadığı müşahidə edilib. Hansı ki, bir həftə öncə Türkiyəyə gözdağı olsun deyə böyük miqyasda terrorun simvolu olan bez parçasını(bayrağını) ən yüksək nöqtəyə qaldırmışdılar.
 
SADƏCƏ, BİR RUS BAYRAĞI VAR
 
Təxminən 5 ay əvvələ qədər 5 Rus bayrağının asıldığı bölgədə bu gün yalnız bir rus bayrağı dalğalanır. Bölgədə daha əvvəl terrorçuların və rusların bayraqlarının asıldığı dirəklər isə hazırda boş qalıb.
Digər tərəfdən, təşkilatın işğalı altındakı bölgədə, xüsusilə yüksək təpədəki hakim nöqtələrə betondan müşahidə qüllələrinin inşa edildiyi görülüb. Yerli qaynaqlar, sözügedən qurğuların təxminən 2-3 aylıq işlər nəticəsində inşa edildiyi məlumatını verib. Qüllələrin ətrafında silahlı adamların dolaşdığı müşahidə edilir.
Müxalifət.az