​Türk əsgərinin bu addımı terrorçuları heyrətləndirdi - FOTO

Baxış sayı:
5680

Türkiyə Silahlı Qüvvələri Afrində YPG/PKK/İŞİD-ə qarşı aparılan əməliyyatlar zamanı yaralanan terrorçulara ilkin tibbi yardım göstərib.
Axar.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyinin bölgədəki müxbiri araşdırma yazısı yayımlayıb.
Yazıda bildirilib ki, türk hərbçiləri ötən gün Botice dağında aparılan əməliyyat zamanı yaralanan terrorçulara tibbi yardım göstərərək, onları təcili yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara göndərib.
Bundan başqa, türk əsgərləri terroçulardan azad edilən Kafer Safran mahalında yaşayan mülki vətəndaşlara humanitar yardım edib. Türkiyə tərəfinin bu addımına terrorçuların da təəccübləndiyi vurğulanıb.
Qeyd edək ki, beynəlxalq aləmdə bəzi siyasi dairələr Türkiyənin Afrində işğalçı siyasət yürütdüyünü, günahsız insanları qətlə yetirdiyini iddia edir. Türk hərbçiləri isə dəfələrlə öz humanist addımları ilə bu iddiaların boş və əsassız olduğunu sübuta yetirir.