Türk əsgərindən heyvana mərhəmət, TERRORÇUYA ÖLÜM

Baxış sayı:
3253

Ağrı vilayətinin Doğubayazıt rayonunda Jandarm Komandanlığı, 6 apreldə  PKK/KCK separatçı terror təşkilat nümayəndələrinin qatırla silah və partlayıcı maddə daşıdığını müəyyən edib.
 
Pilotsuz SİHA-ların çəkdiyi görüntülərdə qayalıq sahədə yüklü heyvanın zorla yeridiyi və terrorçuların qatırın başına və ayaqlarına vuraraq işgəncə verdikləri müşahidə olunur. Heyvanın belindəki silah və partlayıcı maddə boşaldıqtan sonra yerlərinin müəyyən olunmasını istəməyən terrorçular qatırı zonadan uzaqlaşdırıb.
Pilotsuz SİHA-nın dəstəyi ilə keçirilən əməliyyatda aksiya hazırlığında olan terrorçular silahlar qatırın belindən boşaldıqdan sonra heyvanın uzaqlaşmasını gözləyən türk əsgəri tərəfindənı zərərsizləşdirilib. İşgəncəyə məruz qalan qatır isə xilas edilib.
Müxalifət.az