Türk əsgərinə “İNSANLIQ” MÜKAFATI VERİLDİ

Baxış sayı:
5359

“Radio Dumlupınar” tərəfindən təşkil olunan və Türkiyənin müxtəlif vilayətlərində baş vermiş hadisələrin qəhrəmanlarının təltif edildiyi "İnsanlıq Ölmədi" xüsusi mükafatına, “Zeytun Budağı” Hərəkatı çərçivəsində terrorçulardan təmizlənilən Afrində xalqa ərzaq və tibbi yardım edən Türk əsgərləri layiq görülüb. Bəşəriyyətə ruh verən, insanlığa xidmət məqsədi güdən fəxri yaşantıların, bütün bəşəriyyətə nümunə və ruh verməsi məqsədilə “Radio Dumlupınar” tərəfindən bu il üçüncü dəfə təşkil olunan "İnsanlıq Ölmədi” Mükafatları Layihəsinə Türkiyədən təxminən 300 müraciət edilib. Yaradılan münsiflər heyəti tərəfindən aparılan dəyərləndirmə nəticəsində İstanbul, Ankara, Bursa, Manisa, Eskişehir və Kutahyada baş vermiş 9 hadisə, "İnsanlıq Ölmədi" mükafatına layiq görülüb. Layihənin xüsusi mükafatına isə “Zeytun Budağı” Hərəkatı çərçivəsində terrorçulardan təmizlənilən Afrində xalqa ərzaq və tibbi yardım edən Türk əsgərləri layiq görülüb. Müxalifət.az