TÜRK ƏSGƏRİ AFRİNİN 5 KİLOMETRLİYİNDƏ! - Su anbarını yezidlərdən xilas edib xalqa qaytardı!

Baxış sayı:
2083

Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrin bölgəsinin 60 faizini terrorçulardan təmizləyərək mərkəz sərhədinə qədər gəlib çatıb. Ötən 49 gün ərzində 3 171 terrorçu zərərsizləşdirilib. Cindərəsi təmizləndikdən sonra Afrinin 6 inzibati ərazi vahidindən 5-i ələ keçirilib. Cindərəsi, Raco, Şeran, Bülbül və Şeyx Hədiddən sonra yalnız Məbədli terrorçuların əlində qalıb. Məbədli təmizləndikdən sonra Afrinə gedən yol tamamilə açıq olacaq.
Türk ordusu Afrinin mərkəzindən 5 km məsafədə qərar tutub.