Türk səfirdən ABŞ-a sərt cavab - "2016 və 2018-ci il seçkilərində səslərin təkrar sayılması..."

Baxış sayı:
14617

Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç ABŞ Xarici İşlər Nazirliyinin sözçüsünün müavini Robert Palladinonun Türkiyədəki bələdiyyə seçkiləri ilə bağlı açıqlamasına cavab verib.
 
Sərdar Kılıç Twitter hesabından apardığı bölgüdə, Palladinoya xitabən "Etiraz, təkrar sayılmalar demokratik seçkilərin tərkib hissəsidir. Partiyaların seçki nəticələrinə etiraz hüquqları vardır. Bu on illərdir ki, təkcə Türkiyədə deyil, ABŞ daxil, digər demokratiyalarda də söz mövzusu olmuşdur. ABŞ-ın 2016 və 2018 seçkilərindəki təkrar səs saymalarına", - deyə qeyd edib.

Qeyd edək ki, Palladino gündəlik mətbuat brifinqində Türkiyədəki seçki ilə bağlı suala belə cavab vermişdi:
"Türkiyədəki seçkilərlə bağlı xəbərləri gördük. Azad və ədalətli seçkilər hər bir demokratiya üçün əsasdır. Yəni düzgün nəticələrin qəbul edilməsi də əsasdır. Bu barədə uzun və şərəfli bir ənənəsi olan Türkiyədən də daha azını gözləmirik".

Müxalifət.az