Türk səfirdən ABŞ-a S-400 təpkisi

Baxış sayı:
8284

ABŞ Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin sədri Demokrat Eliot Engel və Respublikaçı Michael McCaulun Türkiyənin S-400 alışı ilə bağlı açıqlamalarına Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıçdan sərt təpki verilib.
 
Kılıç Twitter hesabından Engel və McCaulun Türkiyənin S-400 alışını tənqid edən açıqlamalarını ABŞ Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin rəsmi Twitter hesabından paylaşılmasına təpki verərək bu sözləri deyib:
"Türkiyə təcili ehtiyac duyulan havadan müdafiə sistemi üçün texniki və iqtisadi bir qərar vermişdir. Bunun strateji baxış bucağımızla heç bir əlaqəsi yoxdur və heç bir şəkildə ABŞ, NATO, ya da Rusiya arasında edilən bir seçim deyil. Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin bu mövzudakı fikri və əks etdirdiyi mövqe səhv və yanıldıcıdır".
Müxalifət.az