Türk səfir Ağ Evdə qəbul edildi

Baxış sayı:
7525

Ağ Evin Milli Təhlükəsizlik məsləhətçisi Con Bolton ilə Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıçın Ağ Evdə bir görüş həyata keçirdiyi bildirilib. Ağ Ev sözçüsü Sarah Sanders tərəfindən Bolton ilə Kılıç arasındakı görüşə dair yazılı bir açıqlama verilib.
 
Açıqlamada, " Con Bolton, Türkiyə səfiri Sərdar Kılıç ilə bu gün Ağ Evdə görüşüb. Bolton ilə Kılıç, Türkiyədə həbsi davam edən keşiş Endryu Brunsonu və Türk-Amerika münasibətlərinin son durumunu müzakirə ediblər" deyə, bildirilib.
Qeyd edək ki, Türkiyədəki məhkəmə prosesi davam edən Amerikalı keşiş Brunson ilə bağlı iki ölkə rəsmiləri arasında keçən həftə Vaşinqtonda görüşlər keçirilmişdi.
Müxalifət.az