Türk qoşunları Suluk kəndini ələ keçirdi – TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR

Baxış sayı:
2103

Türk qoşunları Suriyanın daha bir yaşayış bölgəsini - Suluk kəndini ələ keçirdi. Muxalifet.az xəbər verir ki, bu barədə “Daily Sabah” Türkiyə Müdafiə Nazirliyinin rəsmi açıqlamasına istinadən yazır. Məlumata əsaəsn, silahlı əməliyyat Suriya Azad Ordusunun bölmələri ilə birgə həyata keçirilib. Hal-hazırda türk ordusu bölgədə təhlükəsizliyi təmin etmək üçün əməliyyatı davam etdirir. Xatırladaq ki, Suluk Suriya - Türkiyə sərhəddindən 10 kilometr məsafədə yerləşir və Tel-Abyad ərazisinə daxildir. Muxalifet.az