​Türk qırıcıları havaya qalxdı: Darmık bombardman edildi

Baxış sayı:
1804

Türk ordusu Suriyanın Darmık dağının ətrafında antiterror əməliyyatları keçirib. Muxalifet.az xəbər verir ki, ərazidə terrorçuların yeni hədəflərini müəyyən edən türk əsgəri "Fırtına" topları və qırıcılarla PYD-PKK mövqelərini atəşə tutub. Hücum zamanı xeyli terrorçunun öldüyü, sığınacaqların darmadağın edildiyi bildirilib. Əməliyyat anında bölgədən qalxan tüstü Türkiyənin Kilis vilayətindən də görünüb.