​Türk polisi əyləncə mərkəzində ƏMƏLİYYAT keçirdi: 5 azərbaycanlı qadın saxlanıldı

Baxış sayı:
3508

Türkiyənin Niğde şəhərində polislər əyləncə mərkəzində əməliyyat həyata keçirib.
Muxalifet.az türk mətbuatına istinadən xəbər verir ki, əməliyyat nəticəsində iş icazəsi olmayan 7 əcnəbi qadın saxlanılıb.
Saxlanılardan 5-i Azərbaycan, 1-i Özbəkistan, 1-i Qırğızıstan vətəndaşı olub.
Onlardan 1 ədəd ov tüfəngi, 1 ədəd tapança, 7 ədəd tapança gülləsi və xeyli sayda sursat aşkar edilib.
Əcnəbi qadınlar Rayon Miqrasiya İdarəsinə təhvil verilib və onların deportasiya ediləcəyi bildirilib.