​Türk polisi Qaşıqçının əşyalarını tapdı

Baxış sayı:
4546

Səudiyyənin İstanbul konsulluğuna məxsus avtomobildən öldürülən jurnalist Camal Qaşıqçıya aid bəzi şəxsi əşyaların tapıldığı bildirilib.
Muxalifet.az xəbər verir ki, xüsusi təlim görmüş itlər vasitəsilə aparılan əməliyyatda polis iki çantada şəxsi əşyalar, kompüter və sənədlər aşkar edib.
Axtarışla bağlı əlavə məlumat verilməyib.