Türk ordusunun vurduğu helikopterdə Qasım Süleymani ilə bağlı elə detal ortaya çıxdı ki... - FOTO

Baxış sayı:
3202

Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Suriya Milli Ordusu Bəşər Əsəd rejiminin işğalından azad etməyə çalışdığı Sərakib qəsəbəsində rejimə aid helikopteri məhv edib.

Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, helikopterdə həlak olan pilotun ötən ay Bağdadda öldürülən İran İnqilab Keşikçiləri Korpusu “Əl-Qüds” Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Qasım Süleymani ilə fotosu ortaya çıxıb.

Qeyd edək ki, Milli Müdafiə Nazirliyi məhv edilən helikopterlə bağlı tvitterdə bu açıqlamanı verib: “İdlib bölgəsindəki Ən-Nayrabdan rejim ünsürlərinin çıxdığı və rejimə aid 1 helikopterin məhv edildiyi öyrənilib”.