​Türk ordusunun nəzarətində olan Tel-Abyadda həyat öz axarına düşüb - FOTO

Baxış sayı:
5704

Türk ordusunun apardığı hərbi əməliyyatdan sonra Tel-Abyad şəhərində sabitlik yaranıb, həyat öz axarına düşüb.
 
Muxalifet.az xəbər verir ki, sakinlər artıq şəhər küçələrində dolaşmağa başlayıblar. Hətta uşaqların da velosipedlərə minib, oyunlar oynadığı görülüb.
Bundan başqa dinc əhalinin yaşadığı yaşayış məntəqələrinin zərər görmədiyi, bu məntəqələrdə dağıntıların olmadığı da yəqinləşib.
Digər tərəfdən, terror qruplarının şəhər içində küçə döyüşlərinə hazırlıq etmək üçün qərargah olaraq istifadə etdiyi binaların qarşısına qum kisələri yığıb, sipərlər düzəltdiyi də təsbit olunub.
ABŞ-ın baza olaraq istifadə etdiyi Tel-Abyadda peyk xəbərləşməsi üçün quraşdırılan ötürücülərin də olması diqqətdən yayınmayıb.
Yeri gəlmişkən, Türkiyə Müdafiə Nazirliyinin məlumatın görə, "Barış Pınarı" əməliyyatının nəticəsində indiyə qədər 560 terrorçu zərərsizləşdirilib.
 
Muxalifet.az