TÜRK ORDUSUNUN GƏLİŞİNƏ DİRƏNİŞ, YOXSA... - Müdafiə Nazirliyi: "Azərbaycan öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsi siyasətindən kənardır"

Baxış sayı:
985

Bir sıra xarici media orqanlarında ölkəmizin üç şəhərində Türkiyənin aviasiya hərbi bazalarının qurulacağı barədə xəbərlər yayılıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı "Report"a bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsi siyasətindən kənardır.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və 2019-2022-ci illər üçün bu hərəkatın sədridir.