TÜRK ORDUSUNDAN ƏSƏD SİLAHLILARINA NÖVBƏTİ ZƏRBƏ - 21 nəfər məhv edildi...

Baxış sayı:
2450

Türkiyə Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları martın 5-də İdlibdə 2 türk əsgərinin həlak olmasına cavab olaraq Suriya ordusunun 21 əsgərini zərərsizləşdirib.

Muxalifet.az bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, yerli vaxtla saat 16:00-da keçirilən əməliyyatda rejim qüvvələrinin iki artilleriya qurğusu və iki yaylım atəşi reaktiv sistemi də məhv edilib.

Qeyd edək ki, ötən gün Suriya ordusunun zərbələri nəticəsində 2 Türkiyə hərbçisi həlak olmuş, 3-ü isə yaralanmışdı.