Türk ordusundan mühüm əməliyyat - Terror yuvaları bir gecədə tar-mar oldu

Baxış sayı:
3135

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı PKK düşərgələrinə dəqiq zərbələr endirib.
Türkiyənin Milli Müdafiə Nazirliyi əməliyyatla bağlı belə bir açıqlama verib: “Təyyarələrimiz hinlərini başlarına uçururlar”. İraqın şimalından Türkiyədəki sərhd zastavalarına və bazalara hücumlar edən PKK terror təşkilatına qarşı ötən gecəyarısı “Pəncə-Qartal Əməliyyatı” keçirilib. Əməliyyat çərçivəsində Səncar, Karacak, Qəndil, Zap, Avaşin Basyan, Gara və Hakurk məntəqələrində aşkar edilən 81 hədəf qısa müddət ərzində məhv edilib.

Hurriyyet.org