​Türk ordusundan hesabat: 51 terrorçu məhv edildi

Türkiyə Silahlı Qüvvələri PKK-ya qarşı aparılan son əməliyyatlarla bağlı hesabat yayımlayıb.
Muxalifet.az xəbər verir ki, hesabatda aparılan əməliyyat tədbirləri nəticəsində Hakkari vilayətində terrorçulara aid 7, Muşda isə 6 partlayıcının zərərsizləşdirildiyi bildirilib.
Şırnak-Silopidə isə 5 terrorçunun məhv edildiyi deyilib.
Kilis sərhəd-keçid məntəqəsində isə ölkəyə daxil olmağa çalışan və İŞİD-çi olduğu ehtimal edilən bir şəxs də yaxalanıb.
Bundan əlavə, Şimali İraqın Zap bölgəsinə endirilən aviazərbələr nəticəsində 4 silahlı şəxs öldürülüb.
Hesabatda öldürülən ümumi terrorçu sayının 51 olduğu qeyd edilib.