Türk ordusuna qarşı hücuma keçdilər – SAVAŞ BAŞLADI / Son dəqiqə

Baxış sayı:
1750

“Rusiya hərbi hava qüvvələrinin dəstək verdiyi Bəşər Əsəd ordusu Sərakib şəhərini Azad Suriya Ordusundan geri almaq üçün əməliyyatlara başlayıb”.

Bu barədə “Röyter” agentliyi Türkiyədəki diplomatik mənbələrə istinadən məlumat yayıb.

Mənbə hazırda Əsəd ordusu və müxaliflər arasında İdlib bölgəsi və Sərakib ətrafında şiddətli qarşıdurmanın getdiyini bildirib.

Əlavə edək ki, bu gün gecə saatlarında Türkiyə Silahlı Qüvvələrinin dəstək verdiyi ASO Sərakib şəhərini Əsəd qüvvələrindən geri alıb.

Hələb-İdlib-Hama-Humus-Dəməşq üzərindəmn İordaniyaya qədər uzanan M5 avtomobil yolu və Hələb, İdlib və Ləzgiyə şəhərlərini bir-birinə bağlayan M4 yolu Sərakibin içindən keçirş. Bu səbəbdən Sərakib Rusiya və Türkiyə tərəfindən dəstəklənən qüvvələr üçün strateji əhəmiyyət daşıyır./Teleqraf.com