​Türk ordusuna Hakkaridə hücum – 4 ŞƏHİD

Türkiyənin Hakkari vilayətinin Şəmdinli mahalında PKK terrorçuları ilə türk ordusu arasında atışma baş verib.
Muxalifət.az xəbər verir ki, bu barədə “Hürriyət” informasiya yayıb.
Məlumata görə, Türkiyə ərazisinə keçmək istəyən terrorçulardan 4-ü məhv edilib. Türk ordusunun 2 əsgəri və 2 təhlükəsizlik qoruyucusu şəhid olub. Ərazidə helikopterlərin dəstəyi ilə genişmiqyaslı əməliyyata başlanılıb.