​Türk ordusuna daha bir xain hücum – YENƏ ŞƏHİDLƏRİMİZ VAR

Baxış sayı:
6457

Suriyanın şimal-şərqində türk əsgəri şəhid olub.

Muxalifet.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi informasiya yayıb.
Məlumata görə, əməliyyatın müvəqqəti dayandırılması ilə bağlı razılaşmaya baxmyaraq PKK-YPG terrorçuları atəş açıblar. Açılan atəş nəticəsində 1 türk əsgəri şəhid olub, daha 1-i isə yaralanıb.
Xatırladaq ki, bundan öncə Türkiyənin Hakkari bölgəsinin Şəmdinli mahalında terrorçularla türk əsgərləri arasında atışma baş verib.
Atışma nəticəsində yaralanan əsgər xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.