Türk ordusu terror yuvası QƏNDİL DAĞINI MÜHASİRƏYƏ ALDI

Baxış sayı:
9196

Türk Silahlı Qüvvələri, İraqda həyata keçirdiyi əməliyyatlarla terror təşkilatı PKK/YPG-nin baş qərargah sayılan Qəndil Dağını mühasirəyə alıb.
 
Türk Silahlı Qüvvələrinin (TSQ) başlatdığı “Fərat Qalxanı” və “Zeytun Budağı” Hərəkatı əməliyyatlarından sonra böyük zərbə alan terror təşkilatı PKK/YPG/PYD/IŞİD ünsürləri qaçaraq Avropa ölkələrinə sığınıb.
Türkiyənin böyük bir əzmlə davam etdirdiyi əməliyyatlar, təşkilatın sıx olduğu İraqda da davam edir. Bölgədə terror təşkilatına nəfəs almağa imkan verməyən TSQ, təşkilatın minlərlə sığınacaq, silah anbarları və mövqelərini məhv edib.
İraqın xəbər saytının bölüşdüyü aktual xəritəyə görə, TSQ əsgərləri, İran-İraq sərhədində yerləşən terror yuvası Qəndil dağına addım-addım yaxınlaşmağa başlayıb. TSQ-nin, PKK/YPG-nin mərkəz bazası kimi istifadə etdiyi Qəndil dağına yaxınlaşmasının təşkilat liderlərini təşvişə saldığı qeyd olunub.

Müxalifət.az