Türk ordusu Suriyaya Əsədi devirmək üçün girib? – ƏRDOĞANDAN REAKSİYA

Bir neçə gündür gündəmdən düşməyən qalmaqala nəhayət Türkiyə prezidenti Rəсəb Tayyib Ərdoğan özü də münasibət bildirib.
Ərdoğan «Reuters»ə açıqlamasında deyib ki, Türkiyənin Suriyadakı hərbi əməliyyatının hədəfi hansısa ölkə və ya şəxs deyil. Məqsəd terrorçulara qarşı mübarizədir.
Bununla Türkiyə prezidenti noyabrın 29-da verdiyi açıqlamadan imtina etmiş olub.
Həmin açıqlamada Ərdoğan bildirmişdi ki, Türk ordusu Suriyaya dövlət terroru həyata keçirən tiran Əsədin hakimiyyətinə son qoymaq üçün girib. Və Türkiyənin Suriya ilə bağlı nə torpaq, nə də başqa iddiası var.
Bu açıqlamadan sonra Rusiya Ankaradan izahat tələb etmiş, Suriya isə «tiran Ərdoğana» dirəniş göstərəcəyini bəyan etmişdi.
Kremlin izahat tələbindən sonra Türkiyə prezident administrasiyasından anlaşmazlığın olduğu deyilmiş və qeyd edilmişdi ki, Ərdoğanın məlum açıqlaması hərfi mənada başa düşülməməlidir.
Ardınca Türkiyə xarici işlər naziri bəyan etmişdi ki, Türkiyə ilə Rusiyanın Suriya ilə bağlı siyasəti üst-üstə düşür(azadliq.info).