​Türk ordusu Simon qalasını ƏLƏ KEÇİRDİ

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərinin sərhədində yerləşən Simon qalasına yerləşib.
Bu barədə “Xəbərtürk” məlumat yayıb. Bununla da türk ordusunun İdlib ilə Afrin arasındakı sərhəd xəttinə nəzarəti ələ keçirdiyi bildirilir.
Həmçinin, Afrin əməliyyatı üçün İdlibə hərbçi və zirehli texnikaların daşındığı vurğulanıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ordunun Afrində əməliyyatlara başlayacağını açıqlayıb.